0
Friday 20 September 2024 - 00:33

Nəsrullah: İsrailin Livandakı cinayəti müharibə mesajıdır

Story Code : 1161124
Nəsrullah: İsrailin Livandakı cinayəti müharibə mesajıdır
Livan Hizbullahının baş katibi çıxışının əvvəlində Beyrutda rabitə cihazlarında baş verən son partlayışlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verərək, Livan xalqının bu sahədə əlindən gələni əsirgəmədiyini bildirib. Livanlılar yaralılara yardım göstərib, ehtiyacı olanlara qan köçürüblər.

Seyid Həsən Nəsrullah bu hadisə zamanı xalqın birlik olduğunu vurğulayaraq deyib: "İran İslam Respublikası, İraq və Suriyanın yaralılara tibbi xidmət sahəsində göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Dünən onlarla yaralının müalicəsi üçün Livana təyyarə göndərən, İsrailin bu terrorunu qınayan ölkələrə təşəkkür edirik..."

Hizbullah baş katibi bildirib ki, işğalçı İsrailin Livandakı cinayəti müharibə mesajıdır. Bu hadisə nəticəsində bir neçə körpə və qadın həlak olub.