0
Saturday 7 December 2019 - 10:20

ABŞ Çinlə sazişdən imtina edə bilər

Story Code : 831255
ABŞ Çinlə sazişdən imtina edə bilər
Vaşinqton və Pekin ticarət razılaşmasına yaxındır, lakin ABŞ prezidenti Donald Tramp Amerika tərəfinin tələbləri yerinə yetirilməyəcəyi təqdirdə bundan imtina edəcək.
APA xəbər verir ki, bu barədə cümə günü Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Lourens Kadlou “CNBC”-yə açıqlamasında bildirib.
“Prezident dəfələrlə demişdir ki, əgər razılaşma yaxşı deyilsə, Amerika texnologiyasının gələcək oğurluqlarının qarşısını almaq üçün zəmanət yoxdursa və məcburi tədbirlər tələblərimizə cavab verməyəcəksə, biz sazişdən imtina edəcəyik”, - Kadlou belə deyib.
Tagged
ABŞ