Ali Məhkəmə Ceyhun Balaşovun cəzasını qüvvədə saxlayıb
Story Code : 1176528
Məhkəmə şikayətçi tərəfin Şirvan Apellyasiya Məhkəməsinin onun barəsində CM-nin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə 17 may 2024-cü il tarixində çıxarılan qərarından verilən şikayət əsasında təyin olunub.
Hakim Rəşad Abdulovun sədrliyi ilə məhkəmə dövlət ittihamçısı və müdafiə tərəfin iştirakı ilə baş tutub. Ceyhun Balaşov səhhətindəki ciddi problemlər səbəbindən məhkəmənin onun iştirakı olmadan baş tutmasını istəyib. Bu barədə vəkilin məhkəməyə təqdim etdiyi vəsadəti hakim təmin edib.
Ardınca məhkəmə kassasiya şikayətini araşdıraraq Ceyhun Balaşovun barəsində çıxarılmış qərarı incələyib. Tərəflərin fikir və sübutlarını dinlədikdən sonra o, Apellyasiya məhkəməsinin qərarını doğru hesab edib və qərarı qüvvədə saxlayıb.
Xatırladaq ki, C. Balaşov 2023-cü il fevralın 2-də Beyləqan polisi tərəfindən saxlanılıb və barəsində narkotliklərlə bağlı cinayət işi başlanılıb. İyulun 11-də virtual məhkəmə iclasından sonra 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan C.Balaşovun səhhətində ciddi problemlər yaranıb və o, iyunun 14-də vəziyyətinin ağırlaşması səbəbindən Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb. Mərkəzdə olduğu zaman Balaşov istintaq təcridxanasında dəhşətli işgəncələrə məruz qalma səbəbindən vəziyyətinin ağırlaşdığını deyib. Lənkəran Ağır Cinayətlər Məhkəməsi avqustun 23-də C.Balaşovun vəziyyətinə görə onun polis nəzarətinə verilməsi ilə bağlı qərar qəbul edib.
2024-cü il fevralın 15-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində beyin şişi xəstəliyindən əziyyət çəkən MBH üzvünə 4 il müddətinə ev dustaqlığı cəzası verib.