0
Monday 2 December 2024 - 16:49

İran XİN: "Suriyadakı terrorçular ABŞ ilə koordinasiyada hərəkət edirlər"

Story Code : 1176191
İran XİN: "Suriyadakı terrorçular ABŞ ilə koordinasiyada hərəkət edirlər"
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi mətbuat konfransında deyib.

"ABŞ tərəfindən yanlış hesablamalar və bəzi ərazilərin işğalı səbəbindən bu qaranlıq ləkələr bundan əvvəl də Suriya ərazisində olub. Bunun (Suriyanın şimalında terrorçuların hücuma keçməsi - red.) Livanda atəşkəs ilə eyni vaxta təsadüf etməsi və ABŞ səlahiyyətlilərinin bu terrorçu qruplaşmalar tərəfindən heç bir təhlükə hiss etmədikləri barədə bəyanatları onu göstərir ki, bu terrorçular və ABŞ arasında koordinasiya var", - deyə Bəqayi bildirib.
Comment