Suriya ordusu terrorçuların Həmaya daxil olmaq cəhdinin qarşısını alıb
Story Code : 1176010
Suriya Silahlı Qüvvələrinin Həma əyalətinin şimalında fəaliyyət göstərən bölmələri terrorçuların irəliləməsinə mane olub.
“Report” xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələrinin baş komandanlığı ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində dərc olunan bəyanatında bildirib.
Qeyd edilir ki, Suriya ordusu bir sıra əraziləri də nəzarətə götürə bilib.
Qalaat əl-Madiq və Maardas bölgələrində onlarla terrorçu məhv edilib, bəziləri qaçıb.