0
Sunday 1 December 2024 - 17:43

İsrail Qəzzada 191 jurnalisti şəhadətə yetirib

Story Code : 1176009
İsrail Qəzzada 191 jurnalisti şəhadətə yetirib
Bu barədə Livanın "Al Mayadeen" telekanalı Fələstin anklavının hökumətinə istinadən məlumat yayıb.

Qeyd edək ki, qaniçən İsrail rejimi BMT və digər beynəlxalq təşkilatların xəbərdarlıqlarına baxmayaraq, Qəzza zolağında humanitar yardım işçiləri, təhsil mərkəzləri, media qrumlarının binalarını hədəf almağa davam edir. Həmasa qarşı əməliyyat keçirdiyini iddia edən İsrail bugünədək 45 minədək dinc sakini qətliam edib. Onların əksəri qadın və körpələrdir.

İsrail rejiminin jurnalistləri hədəf alması ilk dəfə yaşanan hadisə deyil və daha öncə Əl-Cəzirə informasiya agentliyinin xanım əməkdaşı Şirin Əbu Əqilə qaniçən İsrail rejimi hərbçisinin odlu silahdan birbaşa açdığı atəş nəticəsində faciəli şəkildə qətlə yetirilmişdi.
Comment