Mərakeş kralı Netanyahunun bu ölkəyə səfərinə mane oldu
Story Code : 831222
Bəzi ərəb və sionist xəbər agentlikləri ABŞ xarici işlər naziri Mayk Pompeonun Mərakeşə səfəri zamanı sionist rejimlə Mərakeş arasındakı münasibətlərin normallaşdırılmasına can atdığını yazıb.
Sionist KİV-i yazıb ki, işğalçı İsrailin baş naziri Benyamin Netanyahu Portuqaliyadan Mərakeşə yollanan Pompeo ilə birlikdə Mərakeşə səfər etmək niyyətində imiş. Amma kral 6-cı Məhəmməd bu səfərin gerçəkləşməsinə mane olub.
Qeyd edək ki, ABŞ xarici işlər naziri Portuqaliyaya səfər etdikdən sonra Netanyahu da özünü Lissabona çatdıraraq, Pompeo ilə İrana qarşı təzyiqlər mövzusunu müzakirələr aparıb.