Arakanlı müsəlmanların ümidi yox olmaq üzrədir - Zülmün 2 ili geridə qaldı
Story Code : 813292
Maide.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Myanma ordusunun 2017-ci ilin 25 aqvustundan etibarən müsəlmanlara qarşı başlatdığı hücumlar nəticəsində minlərlə insan vəhşicəsinə qətlə yetirildi.
Gözüdönmüş silahlılar insanları diri-diri yandırıb, kəndləri atəşə verib, qətliam törədiblər. Zülmdən qaçan 900 minə yaxın rohincalar (Arakan müsəlmanlarına verilən ad) Banqladeşdə düşərgələrə sığınıblar.
Hazırda 500 minə yaxın rohincalar Arakanda ağır şərtlər daxilində yaşamağa davam edirlər. Ordu rohincaların ağır vəziyyətini işıqlandırmaq istəyən mətbuat nümayəndələrinə də Arakan bölgəsinə girməyə icazə vermir.
Banqladeşdəki qaçqın müsəlmanların sayı 1,5 milyona çatıb. Myanma ilə Banqladeş arasında 2018-ci ilin yanvarında əldə edilən “geri dönüş” razılaşması ilə hələ də icra edilməyib. Çünki Myanma hökuməti rohincaların təhlükəsizliyinə təminat vermir. Bu səbəbdən müsəlmanlar geri qayıtmaq istəmir. Banqladeş hökuməti artıq düşərgələrdə qaçqınlara baxmağın çətin olmasına baxmayaraq, onları geri dönməyə məcbur etməyəcəklərini elan edib.
Məlumat üçşün bildirək ki, Arakan müsəlmanları Myanmanın 1948-ci ildə İngiltərədən müstəqiliyyini əldə etməsindən sonra zülmə məruz qalmağa başlayıb. 1962-ci ildə inqilabla idarəetməni ələ alan hərbi hökumət Arakan müsəlmanlarına qarşı əməliyyatlara başlayıb. Minlərlə insan Banqladeşə sığınmaq məcburiyyətində qalıb. 1978-ci ildə daha 200 min insan zülmlərə görə ölkədən qaçıb.
Myanma hökuməti 1982-ci ildə ölkədəki 135 etnik qruplara vvətəndaşlıq versə də, rohincalara vətəndaşlıq verməyib. İllərdir vətəndaşlıq almaq üçün mübarizə aparan rohincalara təzyiqlərin və vəhşicəsinə zülmlərin də miqyası artıb. 90-cı illərdə daha 200 min müsəlman qonşu ölkələrə sığınıb.
2012-ci ildə buddistlərlərin kütləvi qırğınları nəticəsində yüzlərlə ev və iş yeri yandırılıb. 150 min rohinca da həmin il ölkədən qovulub. 2016-cı ildən etibarən intensivləşən hücumlara və zülmə tab gətirə bilməyən 87 min müsəlman da Myanmanı tərk edib. Və son olaraq 2017-ci ilin avqustunda 900 min rohinca müsəlman Myanma ordusu və buddistlərin zülmündən qaçaqaraq Banqladeşə sığınıb.