ABŞ senatorları Ərəbistana sanksiyalar tətbiq edilməsini istəyir
Story Code : 761174
İki ABŞ senatoru Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın müxalif jurnalist Camal Xaşoqcinin qətlində iştirakını iddia edir. Hazırda bir qrup senator Səudiyyə Ərəbistanına qarşı sanksiya tətbiq edilməsini tələb edir. Senatorlar Lindsi Qraham (Lindsey Graham) və Bab Korker (Bob Corker) Ağ Evi Ərəbistanın cəzalandırılması üçün təcili tədbirlər görməyə çağırır. Senatorlar xəbərdarlıq edir ki, Amerika Ərəbistanın bu ağır cinayətini sükutla qarşılasa dünyada nüfuzuna ağır zərbə dəyəcək. Onlar Boltonun Bin Salmanı dəstəkləməsini pisləyiblər.