0
Wednesday 6 June 2018 - 21:10

Myanma ordusu təhsilli müsəlmanları hədəfə alır

Story Code : 729973
Myanma ordusu təhsilli müsəlmanları hədəfə alır
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, zülmdən qaçaraq Banqladeşə sığınan arakanlı müsəlmanlar ölkələrində zorakılıq, həbs və işgəncəyə məruz qalır.
 
Bunların içində hərbi əməliyyatlarda hədəf alınan onlarla müəllim və dini lider də var.
 
Müəllimlik edən Məhəmməd Haşim, gözlərinin qarşısında müəllim olan qardaşının Myanma əsgərləri tərəfindən öldürüldüyünü bildirib. Əsgərlər ölkədəki şiddət və təzyiqlərə qarşı xalqı etirazlara çıxara biləcək cəmiyyət liderlərini ortadan qaldırmaq istəyir.
 
Bu səbəbdən ordunun təhsilli şəxsləri hədəfə aldığını deyən M.Haşim, bunun köhnə taktika olduğunu da bildirib.
 
Arakanlı 26 yaşlı Rəhim də hərbi liseydə riyaziyyat müəllimi idi və uşaqlarına dərs dediyi hərbiçi valideynlər də onu tanıyırdı. O, Myanma ordusunun avqustun 25-dəki hücumlarından sonra Maunq Nu kəndinə gələrək, “Müəllimlər haradadır?” deyə maraqlandıqlarını deyib.
 
Rəhim əsgərlərin gəldiyini görəndə bölgədən qaçdığını bildirib: “Ələ keçəndə öləcəyimi bilirdim. Məni axtarırdılar. Bizi öldürmək istəyirdilər, çünki bizlər olmadan qalan arakanlı müsəlmanlara nə istəsələr onu edə biləcəklərini düşünürdülər”.
 
Source : Deyerler
Tagged
myanma
Comment