Kreml Ukrayna ilə danışıqlar üçün şərtləri açıqladı
Story Code : 1188448
Teleqraf.com xəbər verir ki, XİN rəsmisinə görə, əvvəlcə Volodimir Zelenskinin legitimliyi və onun Rusiya ilə danışıqları qadağan edən fərmanı ilə bağlı hüquqi aspektləri həll etmək lazımdır: "Rusiya 2022-ci il İstanbul sənədi əsasında aparıla biləcək Ukrayna nizamlanması üzrə ciddi müzakirəyə hazırdır. Rusiya tərəfi real təkliflərə açıqdır və ciddi müzakirələrə hazırdır. Dəfələrlə qeyd olunduğu kimi, sülh yolu ilə tənzimləmə 2022-ci il İstanbul sənədi əsasında mümkündür. Ukrayna üçün nüvə statusu, onun demilitarizasiyası və denazifikasiyası, ərazisində xarici qoşunların və bazaların yerləşdirilməməsi, müasir ərazi reallıqları nəzərə alınmaqla və Ukrayna böhranının bütün əsas səbəblərini aradan qaldırmaqla danışıqlar aparmaq olar”.
Aleksey Polisçuk onu da əlavə edib ki, xüsusi hərbi əməliyyat başlayandan Rusiya və Ukrayna əvvəlcə Belarus ərazisində, 2022-ci il martın sonunda isə İstanbulda danışıqlar aparıb.
Lakin danışıqlar prosesi Ukrayna tərəfindən birtərəfli qaydada kəsilib. Ukrayna nümayəndə heyətinin rəhbəri Devid Araxamiyanın sonradan etiraf etdiyi kimi, bu, Kiyevə danışıqları dayandırmaq məqsədilə gələn Böyük Britaniyanın o zamankı baş naziri Boris Consonun təklifi əsasında baş verib".