0
Thursday 16 January 2025 - 13:58

Lavrovun müavini HAMAS rəhbərliyi ilə telefon danışığı aparıb

Story Code : 1184704
Lavrovun müavini HAMAS rəhbərliyi ilə telefon danışığı aparıb
APA-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, Boqdanov HAMAS-ın Siyasi Bürosunun sədri Xaled Maşaal və sədr müavini Musa Abu-Marzukla telefon danışığı zamanı Rusiya vətəndaşı Aleksandr Trufanovun azadlığa buraxılmasını xahiş edib.

Rəsmi Moskva xahişi işğalçı İsrail və HAMAS arasında girovların mübadiləsinə dair sazişin bağlanmasından sonra edib.

Rusiya XİN-in telefon danışığı ilə bağlı bəyanatında bildirilib ki, Moskva həmçinin Rusiya Federasiyasının daha əvvəl HAMAS rəhbərliyinə təqdim etdiyi humanitar xarakterli digər müraciətlərinin də nəzərə alınacağına ümid edir.
Comment