Teleqraf.com xəbər verir ki, bunu ölkənin Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə namizəd Skott Bessent deyib.
“Federal hökumətin ciddi xərc problemləri var. Nəticədə son dörd il ərzində ÜDM-in orta hesabla rekord 7%-ni təşkil edən kəsirlər yaranıb” - Bessent açıqlayıb.
O bildirib ki, Co Baydenin prezidentliyi dövründə 40% artan lazımsız xərcləri azaltmaq və iqtisadi artımı stimullaşdıran investisiyalara diqqət yetirmək lazımdır.
Onun sözlərinə görə, vəziyyət olduğu kimi qalsa, 2025-ci ilin sonuna qədər vergilər 4 trilyon dollar arta bilər.