Hizbullahın baş katibi çıxışında deyib: "Sionist düşmənə xəbərdarlıq edirik ki, bizim səbrimizi sınamasın. Biz bununla yanaşı Livan hökumətini düşmən təcavüzünə qarşı qətiyyətli mövqe tutmağa çağırırıq. Dövlətə bildiririk ki, sionist düşmənin yüzdən artıq dəfələrlə atəşkəsi pozmasına qarşı mübarizədə əzmkarlıq göstərsin.
Atəşkəs razılaşması yalnız Litani çayının cənubuna aiddir və Allahın lütfü ilə biz qalib gəldik.Sionist rejimin Livana təcavüzünün nəticələrindən heç kim ölkənin daxili siyasətində istifadə edə bilməz.️
İşğalçı rejimin atəşkəsi pozması qarşısında səbir etdik. Biz Livan hökumətinə və beynəlxalq qurumlara öz üzərinə düşəni etmək üçün şans verdik.Bir daha hər kəsə bildirirəm ki, sionist rejimin təcavüzü və atəşkəsin pozulması ilə bağlı səbrimizi sınamayın"