APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Səfər çərçivəsində 29 dekabr tarixində nazir müavini Yalçın Rəfiyev ilə Suriyada Təhriruş-Şam qruplaşması tərəfindən təyin edilən keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş keçirilib.