Azərbaycan XİN rəhbərinin müavini Suriyaya gedib
29 Dec 2024 20:19
IslamTimes - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Səfər çərçivəsində 29 dekabr tarixində nazir müavini Yalçın Rəfiyev ilə Suriyada Təhriruş-Şam qruplaşması tərəfindən təyin edilən keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş keçirilib.
Story Code: 1181260