APA əl-Cəziraya istinadən xəbər verir ki, sözçü PUA-nı yerli istehsal olan yer-hava tipli raketlə vurduqlarını deyib.
PUA-nın Yəmənin Beyda vilayətində əməliyyat yerinə yetirmək istəyərkən vurulduğu bildirilir.
Hərəkat sözçüsü həmçinin PUA-nın sayca vurulan 13-cü pilotsuz təyyarə olduğunu deyib.
ABŞ tərəfdən məsələ ilə bağlı hər hansı bir açıqlama verilməyib.