QR CodeQR Code

Yəmən husiləri ABŞ-nin MQ-9 PUA-sını vurduqlarını açıqlayıblar

28 Dec 2024 23:36

IslamTimes - Yəmənin husilərdən ibarət “Ənsar Allah” Hərəkatının hərbi sözçüsü, briqada generalı Yəhya Səri dünən axşam saatlarında Yəmənə reydlər təşkil edən ABŞ ordusuna məxsus MQ-9 pilotsuz təyyarəsini vurduqlarını açıqlayıb.


APA əl-Cəziraya istinadən xəbər verir ki, sözçü PUA-nı yerli istehsal olan yer-hava tipli raketlə vurduqlarını deyib.

PUA-nın Yəmənin Beyda vilayətində əməliyyat yerinə yetirmək istəyərkən vurulduğu bildirilir.

Hərəkat sözçüsü həmçinin PUA-nın sayca vurulan 13-cü pilotsuz təyyarə olduğunu deyib.

ABŞ tərəfdən məsələ ilə bağlı hər hansı bir açıqlama verilməyib.


Story Code: 1181090

News Link :
https://www.islamtimes.com/az/news/1181090/yəmən-husiləri-abş-nin-mq-9-pua-sını-vurduqlarını-açıqlayıblar

Islam Times
  https://www.islamtimes.com