Teleqraf.com xəbər verir ki, bədnam qətnamədə Azərbaycan əssassız olaraq ermənilərə qarşı “etnik təmizləmə”də ittiham olunur və ölkəmizə qarşı sanksiyalara çağırış edilir.
Senatorlar sənəddə ABŞ-ın Azərbaycana hərbi yardımını qadağan etməyə çağırıblar.
Separatizmə geniş dəstəyin verildiyi qətnamədə “ermənilərin Qarabağa qayıdışı” qabardılıb.
Müəlliflər ABŞ-ın Ermənistana təhlükəsizlik dəstəyinin vacibliyini qeyd edərək, Vaşinqtona İrəvanla təhlükəsizlik tərəfdaşlığını gücləndirməyi təklif ediblər.