Gürcüstandakı etirazlar çox dinc vətəndaş itaətsizliyidir – Zurabişvili
Story Code : 1179026
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Avropa Parlamentində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Gürcüstandakı etirazlar çox dinc vətəndaş itaətsizliyi hərəkatıdır.
“Etirazçılar yalnız iki şey — Avropa gələcəyinin qaytarılması və yeni seçkilərin keçirilməsini tələb edirlər. Etiraz aksiyası təkrar seçkilərlə bağlıdır və bu, inqilabi hərəkat deyil”, - prezident söyləyib.
S.Zurabişvili Gürcüstanda iki tərəfin olmadığını qeyd edib və əlavə edib ki, ölkənin vətəndaş münaqişəsinə doğru getdiyinə inandırmaq cəhdləri var.
Dövlət başçısı Gürcüstanın hakim partiyasını Rusiya yolu ilə getməkdə ittiham edib. Onun sözlərinə görə, hakim partiya özünü Avropa istiqamətində addımlamaq istəyirmiş kimi göstərir.