Azərbaycana qarşı qətnamə: Sanksiya cəhdi
18 Dec 2024 14:25
IslamTimes - ABŞ senatorları Azərbaycana qarşı növbəti ermənipərəst qətnaməni təqdim ediblər.
Teleqraf.com xəbər verir ki, bədnam qətnamədə Azərbaycan əssassız olaraq ermənilərə qarşı “etnik təmizləmə”də ittiham olunur və ölkəmizə qarşı sanksiyalara çağırış edilir.
Senatorlar sənəddə ABŞ-ın Azərbaycana hərbi yardımını qadağan etməyə çağırıblar.
Separatizmə geniş dəstəyin verildiyi qətnamədə “ermənilərin Qarabağa qayıdışı” qabardılıb.
Müəlliflər ABŞ-ın Ermənistana təhlükəsizlik dəstəyinin vacibliyini qeyd edərək, Vaşinqtona İrəvanla təhlükəsizlik tərəfdaşlığını gücləndirməyi təklif ediblər.
Story Code: 1179025