Sionist rejimin Suriyaya hava hücumları davam edir
Story Code : 1178408
Yerli KİV-lər bundan əvvəl sionist rejim qırıcılarının Suriyanın müdafiə sistemlərini məhv etdiklərini bildirmişdilər. Bu medialar əlavə ediblər: "Sionist rejim ordusu Suriyada 1800 bomba ilə bir neçə saat ərzində 500 hərbi hədəfi məhv edib".
Sionist rejim hərbçiləri cümə günü səhər saatlarında Suriyanın cənubundakı Quneytirə əyalətinin Əl-Səmdaniyyə şəhərinə daxil olublar.Sionist rejim Suriya hökumətinin süqutundan dərhal sonra bu ölkə ərazisinə havadan və qurudan hücuma başlayıb.
Bu hərəkət sionist rejimin baş naziri Benyamin Netanyahunun 1974-cü ildə Colan bölgəsində Suriya ilə sionist rejim arasında bağlanmış “ayrılma” sazişinin ləğvini elan etməsi ilə eyni vaxtda baş verib.
Bəzi medialar, həmçinin sionistlərin Suriya ərazisinin 14 kilometr dərinliyinə daxil olduğunu bildiriblər.