KİV: HAMAS və FƏTH Qəzza ilə bağlı xüsusi komitənin yaradılmasını razılaşdırıb
Story Code : 1176362
APA-nın “Associated Press“ə istinadən xəbərinə görə, bu barədə Fələstin hökumətindəki mənbələrdən məlumat verilib. Onlar belə bir razılığın əldə olunduğunu təsdiqləyiblər.
Bildirilir ki, komitənin 15 nəfərədək üzvünün olacağı və mənzil-qərargahının İordan çayının Qərb sahilində, işğalçı İsrailin nüfuz etdiyi bölgədə yerləşəcəyi də razılaşdırılıb.
Komitə həm yerli, həm də beynəlxalq tərəfdaşlarla humanitar, eləcə də bölgənin bərpası məqsədi ilə əməkdaşlıqdan məsul olacaq.
Qeyd edək ki, qaniçən İsrail rejiminin Qəzzaya hücumları bu gün də davam edib.