QR CodeQR Code

İsrail Qəzzada 191 jurnalisti şəhadətə yetirib

إسلام تايمز , 1 Dec 2024 17:43

IslamTimes - 2023-cü ilin oktyabrında İsrailin Qəzzada soyqırımı törətməsinə start verməsindən bəri Qəzza zolağında ən azı 191 jurnalist şəhid olub.


Bu barədə Livanın "Al Mayadeen" telekanalı Fələstin anklavının hökumətinə istinadən məlumat yayıb.

Qeyd edək ki, qaniçən İsrail rejimi BMT və digər beynəlxalq təşkilatların xəbərdarlıqlarına baxmayaraq, Qəzza zolağında humanitar yardım işçiləri, təhsil mərkəzləri, media qrumlarının binalarını hədəf almağa davam edir. Həmasa qarşı əməliyyat keçirdiyini iddia edən İsrail bugünədək 45 minədək dinc sakini qətliam edib. Onların əksəri qadın və körpələrdir.

İsrail rejiminin jurnalistləri hədəf alması ilk dəfə yaşanan hadisə deyil və daha öncə Əl-Cəzirə informasiya agentliyinin xanım əməkdaşı Şirin Əbu Əqilə qaniçən İsrail rejimi hərbçisinin odlu silahdan birbaşa açdığı atəş nəticəsində faciəli şəkildə qətlə yetirilmişdi.


Story Code: 1176009

News Link :
https://www.islamtimes.com/az/news/1176009/israil-qəzzada-191-jurnalisti-şəhadətə-yetirib

Islam Times
  https://www.islamtimes.com