0
Sunday 1 December 2024 - 14:08

BRICS Trampı da qorxuya salıb

Story Code : 1176004
BRICS Trampı da qorxuya salıb
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp dollardan imtina etmək istəyən BRICS üzvlərini təoxuyub.

Bu barədə siyasətçi sahibi olduğu “Truth Social” sosial şəbəkəsində yazıb

“BRICS ölkələrinin biz kənardan baxarkən dollardan uzaqlaşmağa çalışması fikri bitdi. Bu ölkələrdən tələb edirik ki, ya yeni BRICS valyutası yaratmayacaqlarına, ya da güclü ABŞ dollarını əvəz etmək üçün hər hansı başqa valyutanı dəstəkləməyəcəklərinə dair öhdəlik götürsünlər, əks halda 100 % gömrük rüsumları ilə üzləşəcəklər və gözəl ABŞ iqtisadiyyatına satışla vidalaşmalı olacaqlar. Başqa “hərif” tapa bilərlər!”, – o qeyd edib.

Respublikaçının fikrincə, təşkilatın “beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi ehtimalı yoxdur”. Onun sözlərinə görə, bunu etmək istəyəcək “hər bir ölkə Amerika ilə vidalaşmalıdır”.

Halbuki hazırda ABŞ-ın dövlət borcunun tarixi maksimuma çatması, Ukrayna müharibəsi və digər səbəblərdən dollar özü məhv olma astanasındadır. Görünür Tramp BRICS ölkələrini hədələməklə dollara süni nəfəs verməyə çalışır.
Comment