0
Saturday 9 November 2024 - 11:52

KİV: Trampın qələbəsi ilə Kiyev danışıqların yeganə çıxış yolu olduğunu qəbul edəcək

Story Code : 1171573
KİV: Trampın qələbəsi ilə Kiyev danışıqların yeganə çıxış yolu olduğunu qəbul edəcək
APA-nın məlumatına görə, bu barədə yazı “Bloomberg“də dərc edilib.

Agentliyə müsahibə verən Tramp Administrasiyasının keçmiş əməkdaşlarından biri D. Trampın siyasəti ilə tanış olan əleyhdarlarının öz siyasi kurslarında dəyişiklik edəcəklərini düşünür.

Qeyd olunub ki, onun xarici siyasət prioritetlərinə gəlincə, burada ana xətti Ukrayna və İsrail-Fələstin münaqişəsi təşkil edəcək.

Vaşinqtondakı Atlantik Şuranın eksperti Şelbi Meqid qeyd edib ki, Trampın qələbəsi Ukraynanın ritorikası və danışıqlar məsələsinə yanaşmasında da dəyişikliyə səbəb olacaq. Yəni, bundan sonra rəsmi Kiyev danışıqların yeganə çıxış yolu olduğunu qəbul edəcək.
Comment