Şeyx Nəim Qasim Livan Hizbullahının baş katibi seçildi
Story Code : 1169571
Livan Hizbullahının bəyanatında deyilir: Uca Allaha iman, həqiqi İslama bağlılıq və Hizbullahın prinsip və məqsədlərinə sadiqlik və Baş katibin seçilməsi üçün təsdiq edilmiş mexanizm əsasında Hizbullah Şurası Şeyx Nəim Qasimi Baş katib vəzifəsinə seçdi. Uca Allahdan İslam Müqavimətinə rəhbərlik etməkdəki missiyasında Şeyx Nəim Qasimə kömək etməsini diləyirik.
Hizbullah həmçinin əlavə edib: Uca Allah qarşısında, dəyərli şəhidimiz Seyid Həsən Nəsrullah və digər şəhidlərin ruhu qarşısında, həmçinin vəfalı xalqımızın gözləri önündə söz veririk ki, Hizbullahın prinsiplərinə və onun məqsədlərinə nail olacağıq. Gəlin əl-ələ verərək, zəfər əldə olunana qədər müqavimət alovunu şölələndirib, bayrağını ucaldaq.
Hizbullahın yeni baş katibi Şeyx “Naim Qassemin” həyatına qısa baxış:
1991-ci ildən Şeyx Nəim Qasim Livan Hizbullahının baş katibinin müavini olub və İmam Musa Sədrlə birlikdə “Əməl” hərəkatının və ya “Hərəkət ək Məhrumin" qrupunun yaranmasında və həmçinin Livan Hizbullahının yaradılmasında iştirak edib.