Pentaqon minlərlə Şimali Koreya hərbçisinin Rusiyaya göndərildiyini iddia edir
Story Code : 1169416
APA xəbər verir ki, bu açıqlama ilə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx çıxış edib.
Onun sözlərinə görə, Şimali Koreya hərbçilərinin bir hissəsi artıq Ukrayna ərazisinə daha yaxın yerdə yerləşdirilib. O, həmin əskərlərin yaxın gələcəkdə Kursk bölgəsində döyüşə girə biləcəklərini deyib.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden də Şimali Koreya hərbçilərinin Rusiya ərazisində olması ilə bağlı məsələyə toxunmuşdu.