0
Sunday 27 October 2024 - 12:42

Məsud Pezeşkian işğalçı İsrailə cavabdan danışıb

Story Code : 1169054
Məsud Pezeşkian işğalçı İsrailə cavabdan danışıb
İşğalçı İsrailin ölkə ərazisinə hücum cəhdindən sonra İran Prezidenti Məsud Pezeşkian Tehranın düşünülmüş cavab verəcəyini vəd edib.

“Report” xəbər verir ki, bu barədə İran lideri “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İranın düşmənləri bilməlidirlər ki, xalqı qorxmadan öz torpaqlarını müdafiə etmək üçün ayağa qalxacaq. İranın istənilən cavabı balanslı və düşünülmüş olacaq”, - Pezeşkian bildirib.

Qeyd edək ki, oktyabrın 26-na keçən gecə işğalçı İsrail İranın hərbi obyektlərinə zərbələr endirməyə cəhd edib, amma İranın Havadan Müdafiə Sistemlərinin işə düşməsindən sonra hücum uğursuz alınıb. İran isə beynəlxalq ictimaiyyəti Yaxın Şərqdə müharibənin başlamasının qarşısını almaq üçün işğalçı İsrailə qarşı tədbir görməyə çağırıb.
Comment