0
Saturday 26 October 2024 - 16:07

Türkiyə XİN-dən işğalçı İsrailin İrana hücum cəhdi ilə bağlı BƏYANAT

Story Code : 1168892
Türkiyə XİN-dən işğalçı İsrailin İrana hücum cəhdi ilə bağlı BƏYANAT
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bəyanatda İsrailin regionu genişmiqyaslı müharibənin astanasına gətirdiyi, qondarma sionist rejimin bu kimi addımlara son qoyması üçün beynəlxalq ictimaiyyətin səyləri artırmalı olduğu qeyd edilib.

Türkiyə XİN-dən o da qeyd edilib ki, rəsmi Ankara regionda növbəti müharibə ocağının yaranması, eləcə də qanunsuzluğun hökm sürməsinin əleyhinədir.

Qurum həm region dövlətləri, həm də xarici aktorları Yaxın Şərqdə sülhün bərqərar olması istiqamətində səyləri artırmağa çağırıb.
Comment