ABŞ və İraq razılaşdı: koalisiya qoşunları bölgədən çıxır
Story Code : 1158598
Modern.az xəbər verir ki, bu barədə “Reuters”in məlumatında bildirilib.
Plana əsasən, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin bir hissəsi 2025-ci ilin sentyabrına, qalan hissəsi isə 2026-cı ilin sonuna qədər İraqı tərk edəcək.
Koalisiya qüvvələri 2014-cü ildən İraqda İŞİD yaraqlılarına qarşı mübarizə aparmaq bəhanəsi ilə yerləşdirilib. Amma həmin qüvvələr yaraqlı qrup nəzarət etdiyi ərazidən çıxarıldıqdan sonra da orada qalıblar.