0
Wednesday 4 September 2024 - 21:25

Gürcüstanda LGBT qadağan olundu - Yeni qanun

Story Code : 1158068
Gürcüstanda LGBT qadağan olundu - Yeni qanun
Axar.az xəbər verir ki, iclas qanunverici orqanın internet saytında canlı yayımlanıb.

Qanun layihələri paketi 81 səslə qəbul edilib.

Yeni qanun layihəsinə əsasən, eynicinslilərin nikahı, cinsiyyətinin dəyişdirilməsi üçün tibbi prosedurlar, uşaqların qeyri-heteroseksual şəxslər tərəfindən övladlığa götürülməsi, LGBT-nin təhsil müəssisələrində və mediada təbliği qadağan olunur.

Təhsil müəssisələrində LGBT təbliğatına görə fiziki şəxslər 1,5 min lari (təxminən 532 dollar), hüquqi şəxslər 4 min lari (1,4 min dollardan çox) məbləğində, LGBT mövzusunda reklamın yayılmasına görə fiziki şəxs 800 lari (təxminən 284 dollar), hüquqi şəxs 2,5 min lari (təxminən 886 dollar) məbləğində cərimələnəcəklər.
Comment