0
Tuesday 27 August 2024 - 21:28

Məqsədimiz Tiflisdə təxribatın qarşısını almaqdır - Narışkin

Story Code : 1156552
Məqsədimiz Tiflisdə təxribatın qarşısını almaqdır - Narışkin
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin xidmətin bir gün əvvəl dərc etdiyi xəbərdarlığı şərh edərkən deyib.

"Təkcə Qərb kəşfiyyat xidmətlərinin deyil, həm də ABŞ Dövlət Departamenti kimi qurumların düşmənçilik fəaliyyəti ilə bağlı əldə edilmiş məlumatları ictimaiyyətə açıqladıq ki, Gürcüstanda "rəngli inqilab" həyata keçirmək cəhdlərinin qarşısının alınmasına töhfə verək", - o bildirib.

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ın oktyabrın 26-da keçiriləcək parlament seçkilərində hakim Gürcü Arzusu Partiyasının qələbəsinin qarşısını almaq üçün “Tiflis Maydanı” təşkil etməyə hazırlaşdığına dair məlumat yayıb.

 
Comment