QR CodeQR Code

Məqsədimiz Tiflisdə təxribatın qarşısını almaqdır - Narışkin

27 Aug 2024 21:28

IslamTimes - Rusiya bu məsələ ilə bağlı mövcud kəşfiyyat məlumatlarını dərc etməklə Gürcüstanda rəngli inqilab cəhdlərinin qarşısını almaq istəyir.


Axar.az xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin xidmətin bir gün əvvəl dərc etdiyi xəbərdarlığı şərh edərkən deyib.

"Təkcə Qərb kəşfiyyat xidmətlərinin deyil, həm də ABŞ Dövlət Departamenti kimi qurumların düşmənçilik fəaliyyəti ilə bağlı əldə edilmiş məlumatları ictimaiyyətə açıqladıq ki, Gürcüstanda "rəngli inqilab" həyata keçirmək cəhdlərinin qarşısının alınmasına töhfə verək", - o bildirib.

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ın oktyabrın 26-da keçiriləcək parlament seçkilərində hakim Gürcü Arzusu Partiyasının qələbəsinin qarşısını almaq üçün “Tiflis Maydanı” təşkil etməyə hazırlaşdığına dair məlumat yayıb.

 


Story Code: 1156552

News Link :
https://www.islamtimes.com/az/news/1156552/məqsədimiz-tiflisdə-təxribatın-qarşısını-almaqdır-narışkin

Islam Times
  https://www.islamtimes.com