0
Thursday 22 August 2024 - 07:23

Bayden işğalçı İsraili HƏMAS-la təcili barışığa çağırdı

Story Code : 1155467
Bayden işğalçı İsraili HƏMAS-la təcili barışığa çağırdı
Bayden Netanyahu ilə işğalçı İsrail və HƏMAS arasında razılaşmaya maneələrin aradan qaldırılması üçün Qahirədə gələcək danışıqları müzakirə edib.

Bundan əlavə, tərəflər "bütün təhdidlərə" qarşı qaniçən sionist rejimi müdafiə etmək üçün ABŞ-ın gördüyü tədbirlərdən danışıblar.

Xatırladaq ki, avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və sionist girovların azad edilməsi məqsədilə məsləhətləşmələrin yeni raundu başlayıb. Müzakirələrin ardından Misir, Qətər və ABŞ-nin birgə bəyanatında danışıqların müsbət atmosferdə keçdiyi iddia edilib.

HƏMAS Müqavimət Hərəkatı dəfələrlə bildirib ki, işğalçı İsrail rejimi həqiqətən sülh ardıncadırsa, ilk olaraq öncə razılaşdırılmış sülh müqavilələrinə əməl etməlidir. Bundan əlavə sionist rejim sülh danışıqları getdiyi bir zamanda, məktəbləri, mülki yaşayış binalarını, qaçqın düşərgələrini hədəf alaraq, dinc sakinləri, körpələri, qadınları qətliam edir!
Comment