QR CodeQR Code

Bayden işğalçı İsraili HƏMAS-la təcili barışığa çağırdı

إسلام تايمز , 22 Aug 2024 07:23

IslamTimes - ABŞ Prezidenti Cozef Bayden işğalçı İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Qəzza zolağında atəşkəs razılaşması üzərində işlərin təcili başa çatdırılmasının vacibliyini vurğulayıb.


Bayden Netanyahu ilə işğalçı İsrail və HƏMAS arasında razılaşmaya maneələrin aradan qaldırılması üçün Qahirədə gələcək danışıqları müzakirə edib.

Bundan əlavə, tərəflər "bütün təhdidlərə" qarşı qaniçən sionist rejimi müdafiə etmək üçün ABŞ-ın gördüyü tədbirlərdən danışıblar.

Xatırladaq ki, avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və sionist girovların azad edilməsi məqsədilə məsləhətləşmələrin yeni raundu başlayıb. Müzakirələrin ardından Misir, Qətər və ABŞ-nin birgə bəyanatında danışıqların müsbət atmosferdə keçdiyi iddia edilib.

HƏMAS Müqavimət Hərəkatı dəfələrlə bildirib ki, işğalçı İsrail rejimi həqiqətən sülh ardıncadırsa, ilk olaraq öncə razılaşdırılmış sülh müqavilələrinə əməl etməlidir. Bundan əlavə sionist rejim sülh danışıqları getdiyi bir zamanda, məktəbləri, mülki yaşayış binalarını, qaçqın düşərgələrini hədəf alaraq, dinc sakinləri, körpələri, qadınları qətliam edir!


Story Code: 1155467

News Link :
https://www.islamtimes.com/az/news/1155467/bayden-işğalçı-israili-həmas-la-təcili-barışığa-çağırdı

Islam Times
  https://www.islamtimes.com