BMT: Qəzzanın şimalında əhalinin 70%-i dəhşətli aclıq böhranı yaşayır
Story Code : 1125316
Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin sözçüsü Stefan Dujarrik çərşənbə günü jurnalistlərlə bir araya gəlib. Stefan Dujarrik bildirib ki, Dünya Ərzaq Proqramının hesabatına əsasən, Qəzzanın şimalında əhalinin təxminən 70%-i fəlakətli aclıqla üzləşib. Bununla belə, regionun şimalına həyati əhəmiyyət kəsb edən yardımların çatdırılmasına (qaniçən İsrail rejimi tərəfindən) məhdudiyyətlər tətbiq edilib və davam edən münaqişələr yardımların aclıq böhranı ilə üz-üzə olan əhaliyə yetişdirilməsinə mane olub.
O əlavə edib: Bu ay Ümumdünya Ərzaq Proqramı Qəzzanın şimalına cəmi 11 konvoy yardım göndərə bilib və təxminən 74 min insan qida ilə təmin edilb.
BMT sözçüsü vurğulayıb: "İnsanların ehtiyacı olduqca böyükdür. Buna görə aclığı dayandırmaq üçün gündəlik yardım çatdırılma prosesi həyata keçirilməlidir.