0
Monday 25 April 2022 - 12:25
Azərbaycan Respublikası XİN:

Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatı təəssüf doğurur

Story Code : 990943
Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatı təəssüf doğurur

SəhərAzəri-nin verdiyi məlumata görə, Azərbaycan Respublikası XİN-in bəyanatında deyilir: ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında növbəti dəfə 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.

Bəyanatda məsələnin siyasiləşdirilməsinin qəbuledilməz olduğu bildirilib: “Bir əsr bundan öncə baş verən hadisələrin yanlış şəkildə təqdim edilməsi və qondarma “erməni soyqırımı” məsələsinin siyasiləşdirilərək gündəmə gətirilməsi cəhdləri qəbuledilməzdir”,- XİN-in rəsmi saytında deyilir.

Azərbaycan Respublikası Xarici işlər nazirliyi ABŞ Prezidentinin bu bəyanatının, hazırda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlara uyğun gəlmədiyini bildirib.

“1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Tarixin saxtalaşdırılması cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”, Azərbaycan Respublikası xarici işlər nazirliyinin bəyanatında deyilir.
 
Source : Sahartv
Comment