QR CodeQR Code

Azərbaycan Respublikası XİN:

Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatı təəssüf doğurur

Sahartv , 25 Apr 2022 12:25

İslamtimes - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ABŞ prezidentinin “erməni soyqırmı”-nı rəsmən tanımasından təəssüf ifadə edərək bunun Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlarla eyni zamana təsadüf etməsinə diqqət çəkib.



SəhərAzəri-nin verdiyi məlumata görə, Azərbaycan Respublikası XİN-in bəyanatında deyilir: ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında növbəti dəfə 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.

Bəyanatda məsələnin siyasiləşdirilməsinin qəbuledilməz olduğu bildirilib: “Bir əsr bundan öncə baş verən hadisələrin yanlış şəkildə təqdim edilməsi və qondarma “erməni soyqırımı” məsələsinin siyasiləşdirilərək gündəmə gətirilməsi cəhdləri qəbuledilməzdir”,- XİN-in rəsmi saytında deyilir.

Azərbaycan Respublikası Xarici işlər nazirliyi ABŞ Prezidentinin bu bəyanatının, hazırda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlara uyğun gəlmədiyini bildirib.

“1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Tarixin saxtalaşdırılması cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”, Azərbaycan Respublikası xarici işlər nazirliyinin bəyanatında deyilir.
 


Story Code: 990943

News Link :
https://www.islamtimes.com/az/news/990943/co-baydenin-erməni-anım-günü-münasibətilə-səsləndirdiyi-bəyanatı-təəssüf-doğurur

Islam Times
  https://www.islamtimes.com