0
Wednesday 11 August 2021 - 17:20

Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri bin Nayifın tərəfdarlarının həbsini davam etdirir

Story Code : 948009
Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri bin Nayifın tərəfdarlarının həbsini davam etdirir
Maide.Az  xəbər verir ki,  həbslərin yeni dalğası əsasən bir vaxtlar Bin Nayifin rəhbərlik etdiyi ölkənin Daxili İşlər Nazirliyində çalışan hərbiçilər  arasındadır. Məlumatada qeyd olunur ki, hazırkı vəliəhd bin Salman hələdə sabiq vəliəhd bin Nayifin tərəfdarlrının ona qarşı çevriliş edə biləcəyindən qorxur.
 
Qeyd edək ki,  bir neçə ay öncə Səudiyyə Ərəbistanını  təhlükəsizlik qüvvələri  bin Nayifın  sosial şəbəkələrdə fəal olan çox sayda  tərəfdarlarını həbs etmişdi. 
 
Xatırladaq ki, bin Nayif  2015-ci ildən 2017 –ci ilədək  taxt-taca növbədə birinci duran şahzadə statusuna sahib idi. Lakin kral oğlu Məhəmməd bin Salmanı bu vəzifəyə  layiq gördü və bin Nayifin vəliəhdliyini geri aldı.    Bin Nayif 2020-i ildə  əmisi Əhməd bin Əbdüləzizlə birlikdə  xəyanətdə ittihamla  olunaraq  həbs olunub.  
Source : Maide
Tagged
səudiyə
Comment