QR Code
Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri bin Nayifın tərəfdarlarının həbsini davam etdirir
Maide , 11 Aug 2021 17:20
İslamtimes - Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri sabiq vəliəhd şahzadə Məhmməd bin Nayifın tərəfdarlarının həbsini davam etdirir.
Maide.Az xəbər verir ki, həbslərin yeni dalğası əsasən bir vaxtlar Bin Nayifin rəhbərlik etdiyi ölkənin Daxili İşlər Nazirliyində çalışan hərbiçilər arasındadır. Məlumatada qeyd olunur ki, hazırkı vəliəhd bin Salman hələdə sabiq vəliəhd bin Nayifin tərəfdarlrının ona qarşı çevriliş edə biləcəyindən qorxur.
Qeyd edək ki, bir neçə ay öncə Səudiyyə Ərəbistanını təhlükəsizlik qüvvələri bin Nayifın sosial şəbəkələrdə fəal olan çox sayda tərəfdarlarını həbs etmişdi.
Xatırladaq ki, bin Nayif 2015-ci ildən 2017 –ci ilədək taxt-taca növbədə birinci duran şahzadə statusuna sahib idi. Lakin kral oğlu Məhəmməd bin Salmanı bu vəzifəyə layiq gördü və bin Nayifin vəliəhdliyini geri aldı. Bin Nayif 2020-i ildə əmisi Əhməd bin Əbdüləzizlə birlikdə xəyanətdə ittihamla olunaraq həbs olunub.
Story Code: 948009
Islam Times
https://www.islamtimes.com