0
Monday 15 August 2011 - 13:24

Gəncədə polis əməkdaşı odlu silahla iki nəfəri güllələyib

Story Code : 91985
Gəncədə polis əməkdaşı odlu silahla iki nəfəri güllələyib
Gəncədə polis əməkdaşı odlu silahla iki nəfəri güllələyib
Hər iki şəxs ağır yaralanıb.
Gəncə şəhər prokurorunun köməkçisi Elnar Hüseynov Trend-ə bildirib ki, avqustun 15-nə keçən gecə saat 02:30 radələrində Heydər Əliyev prospekti 83 saylı binanın qarşısında Kəpəz rayon polis şöbəsinin əməliyyat müvəkkili, polis leytnantı, Məmmədov Eldəniz İbrahim oğlu 1984-cü il təvəllüdlü Rövşən Məmmədovun idarə etdiyi avtomobili maqnitafonu yüksək səslə oxutduğu səbəbindən saxlatdırıb.
O, üstündə gəzdirdiyi "Makarov" markalı silahla Məmmədova bir dəfə atəş açaraq ona sol qolundan xəsarət yetirib. Hadisə zamanı Məmmədovun yanında bir polis əməkdaşı da olub.
Faktla bağlı Gəncə şəhər prokuroluğunda Cinayət Məcəlləsinin vəzifə səlahiyyətini aşma-zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda (309.2) maddəsi ilə cinayət işi başlanıb.
Məmmədov hələlik saxlanılmayıb. /Musavat/
Comment