Rusiya ilə müharibəyə hazır deyilik - Hərbi analitik
Story Code : 1179619
Teleqraf.com xəbər verir ki, "X" sosial şəbəkə hesabında paylaşım edən Şrayver, ABŞ Hərbi Hava Qüvvələrinin Rusiyaya zərbə endirmək cəhdinin nə ilə nəticələnəcəyinə aydınlıq gətirib.
Onun sözlərinə görə, logistika çatışmazlığı səbəbindən ABŞ hava donanması uğursuzluqla üzləşə bilər.
Analitikin fikrincə, ABŞ ordusu hətta qısamüddətli, yüksək intensiv hücuma tab gətirmək üçün təchiz olunmayıb: "Hücum edilsə, Polşa, Rumıniya, Baltikyanı ölkələrdəki bazalar bir neçə saatdan sonra sıradan çıxacaq. Yanacaqdoldurma qurğuları və kəşfiyyat məntəqələri bir neçə saat ərzində məhv ediləcək. Həmçinin Rusiyanın hava hücumundan müdafiə sistemləri effektivliyinə görə bütün oxşar Amerika sistemlərindən üstündür".