Fələstin müqaviməti Aşdod və Askalan şəhərlərinə raket atdı, Netanyahu təhlükəsiz bir yerə qaçmağa məcbur oldu
Story Code : 815627
Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, sionistlərə aid xəbər mənbələri Netanyahunun qaçması videosunu paylaşıb.
Mühüm bir kütləyə xitab edən Netanyahu siqnalların çalması ilə çıxışını yarımçıq kəsərək, təhlükəsiz bölgəyə sığınmaq zərurətini hiss edib.
Həyəcan siqnalları Netanyahunun Qərb Sahildəki Qavru İordaniya bölgəsini və Ölü dənizini İsrail rejiminə ilhaq etmək fikrində olduğunu açıqladığı mitinqinə başlamasından qısa bir müddət sonra çalmışdı. Atılan raketlərin Aşdod və Askalan şəhərlərinə düşdüyü, ancaq hər hansı bir tələfatın olmadığı bildirilib.