Fələstin müqaviməti Aşdod və Askalan şəhərlərinə raket atdı, Netanyahu təhlükəsiz bir yerə qaçmağa məcbur oldu
Deyerler , 11 Sep 2019 15:04
İslamtimes - Dünən axşam (10 sentyabr) Fələstin müqaviməti tərəfindən Aşdod və Askalan şəhərləri ilə Qəzza ətrafındakı sionist yaşayış mərkəzlərinə bir neçə raket atılması əsnasında Aşdod şəhərində seçki fəaliyyəti aparan Netanyahu, həyəcan siqnal siqnallarının çalması ilə olduğu tədbirdən etibarlı bir yerə qaçmağa məcbur olub.
Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, sionistlərə aid xəbər mənbələri Netanyahunun qaçması videosunu paylaşıb.
Mühüm bir kütləyə xitab edən Netanyahu siqnalların çalması ilə çıxışını yarımçıq kəsərək, təhlükəsiz bölgəyə sığınmaq zərurətini hiss edib.
Həyəcan siqnalları Netanyahunun Qərb Sahildəki Qavru İordaniya bölgəsini və Ölü dənizini İsrail rejiminə ilhaq etmək fikrində olduğunu açıqladığı mitinqinə başlamasından qısa bir müddət sonra çalmışdı. Atılan raketlərin Aşdod və Askalan şəhərlərinə düşdüyü, ancaq hər hansı bir tələfatın olmadığı bildirilib.
Story Code: 815627