0
Saturday 4 May 2019 - 14:40

Səudiyyə rejimi edam etdiyi Əhli-Beyt (ə) ardıcıllarının ailələrini təhdid etdi

Story Code : 792184
Səudiyyə rejimi edam etdiyi Əhli-Beyt (ə) ardıcıllarının ailələrini təhdid etdi

Deyerler.org Əl-Aləmə istinadən xəbər verir ki, yerli mənbələrin bildirdiyinə görə, Səudiyyə rejiminin rəsmiləri 23 apreldə edam etdiyi 37 nəfərin ailələrini, övladlarının necə edam olunması haqqında mətbuatda, sosial şəbəkədə, yas mərasimində və hətta beynəlxalq təşkilatlara bir şey söyləmələri təqdirdə həbs olunmaqla təhdid ediblər.
 
Bu xəbərə görə, edam olunanların cənazələri və ya Səudiyyə rejiminin həbs etdiyi digər şəxslərin taleyi haqqında hər hansı bir sual vermək qadağandır.
 
Səudiyyə rejimi 23 apreldə 37 Əhli-Beyt (ə) ardıcıllarından olan vətəndaşını terrorçu ittihamı ilə edam edib.
 
Source : Deyerler
Tagged
səudiyə
Comment