Səudiyyə rejimi edam etdiyi Əhli-Beyt (ə) ardıcıllarının ailələrini təhdid etdi
Deyerler , 4 May 2019 14:40
İslamtimes - Səudiyyə rejimi 23 apreldə vəhşicəsinə edam etdiyi Əhli-Beyt (ə) ardıcıllarından olan vətəndaşların ailələrini həbs etməklə təhdid edib.
Deyerler.org Əl-Aləmə istinadən xəbər verir ki, yerli mənbələrin bildirdiyinə görə, Səudiyyə rejiminin rəsmiləri 23 apreldə edam etdiyi 37 nəfərin ailələrini, övladlarının necə edam olunması haqqında mətbuatda, sosial şəbəkədə, yas mərasimində və hətta beynəlxalq təşkilatlara bir şey söyləmələri təqdirdə həbs olunmaqla təhdid ediblər.
Bu xəbərə görə, edam olunanların cənazələri və ya Səudiyyə rejiminin həbs etdiyi digər şəxslərin taleyi haqqında hər hansı bir sual vermək qadağandır.
Səudiyyə rejimi 23 apreldə 37 Əhli-Beyt (ə) ardıcıllarından olan vətəndaşını terrorçu ittihamı ilə edam edib.
Story Code: 792184