Axar.az xəbər verir ki, bu barədə məlumat Fransanın 4 hüquq müdafiə təşkilatının hesabatında yer alıb. Hesabatda silah tədarükünün dövlətlə bərabər, özəl şirkətlər tərəfindən də gerçəkləşdirildiyi bildirilib:
“2010-cu ildə Misirə Fransadan 39,6 milyon avroluq silah idxal edilirdisə, 2016-cı ildə bu göstərici 1,3 milyard avroya çatıb. Fransa və fransız şirkətləri Misirdə son beş ildə gerçəkləşdirilən bütün qanlı sui-qəsdlərin iştirakçısı olublar. Fransa həmçinin Misiri sosial şəbəkələrdə izləmələri həyata keçirəcək proqramla da təmin edir”.