Fransa Misirə silah satışını 30 dəfə artırdı
Axar , 3 Jul 2018 15:27
İslamtimes - Fransa Misirə böyük miqdarda silah tədarük edir.
Axar.az xəbər verir ki, bu barədə məlumat Fransanın 4 hüquq müdafiə təşkilatının hesabatında yer alıb. Hesabatda silah tədarükünün dövlətlə bərabər, özəl şirkətlər tərəfindən də gerçəkləşdirildiyi bildirilib:
“2010-cu ildə Misirə Fransadan 39,6 milyon avroluq silah idxal edilirdisə, 2016-cı ildə bu göstərici 1,3 milyard avroya çatıb. Fransa və fransız şirkətləri Misirdə son beş ildə gerçəkləşdirilən bütün qanlı sui-qəsdlərin iştirakçısı olublar. Fransa həmçinin Misiri sosial şəbəkələrdə izləmələri həyata keçirəcək proqramla da təmin edir”.
Story Code: 735426