İlon Mask: Hökumətdəki fırıldaqlar nəticəsində ABŞ ildə 700 milyard dollar itirir
Story Code : 1188536
APA xəbər verir ki, bu barədə Mask özünün X hesabında paylaşım edib.
"Federal hökumətdə fırıldaqçılıq nəticəsində itkilər bütün ödənişlərin həcminin demək olar ki, 10%-ni təşkil edir ki, bu da ildə təxminən 700 milyard dollara bərabərdir", - deyə paylaşımda bildirilir.
Bundan əlavə, Maskın hesablamalarına görə, ödənişlərin ən azı 15%-i təxminən 1 trilyon dollar Amerika rəsmiləri tərəfindən mənimsənilir.